8 Aprel 2019 12:03
3 641
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyanın daxildə “Qarabağ klanı”ndan və radikal siyasi kəsimdən ehtiyat edərək, Qarabağ münaqişəsinin həllində tutduğu mövqe danışıqlar prosesini dalana dirəyir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Paşinyan yerli KİV-ə açıqlamasında “Madrid prinsipləri”ni anlamadığını qeyd edir, həmçinin bundan sonrakı danışıqlarda bu plana aydınlıq gətirəcəyini bildirib:

“O, açıqlamasında “Qarabağ xalqı” ifadəsini işlətməklə konfliktin daha da dərinləşməsinə səbəb olur. Amma bu ifadənin daxildə ona təzyiq edən siyasi qüvvələrə qarşı etdiyi manevr olduğunu düşünürəm. Bu kimi gedişlərlə bu təzyiqləri yumşaltmağa cəhd etdiyini düşünürəm.

Hesab edirəm ki, Paşinyan sülhdən danışırsa, ilk növbəfə danışıqlar prosesinə zərbə vuran ritorikaları kənara qoyub, vətəndaşlarını işğal olunmuş ərazilərin boşaldılmasının mümkünlüyünə inandırmalıdır. Ermənistanın inkişafının işğal faktoruna son qoyduqdan sonra mümkün olacağını cəmiyyətə aşılamalıdır. Həmçinin ölkəsini Rusiyanın forpostu statusundan çıxarmalıdır. Əks halda, onun inqilabı ölkəsinə uğur gətirməyəcək”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistan cəmiyyəti Qarabağ məsələsində kəskin radikallaşıb:

“Əgər İrəvan güzəştdən çəkinirsə, biz də sərt mövqeyimizi ortaya qoyub, hərbi gücümüzü bir daha nümayiş etdirməliyik. Hesab edirəm ki, Qarabağda əməliyyatlar bərpa olunarsa, ordumuz ilk növbədə Ağdərə, Füzuli, Ağdam və Cəbrayıla nəzarəti bərpa edəcək. Bundan sonra Ermənistan cəmiyyəti və iqtidarı sülhə razı olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər