14 May 2019 14:27
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu cür hallar yolverilməzdir və bunu birmənalı şəkildə qınamaq lazımdır. Azərbaycan prezidentinin Brüsselə çox mühüm səfəri zamanı belə hallara yol verilməsi hər şeydən öncə ölkənin imicinə böyük zərbə vurur. Düşünürəm ki, ölkəsi haqqında düşünən, ölkəsini sevən insanlar belə hallara yol verməzlər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Brüsseldə sammitdə Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçıları iştirak edirlər:

“Həmin liderlər də Brüsseldə yerləşmişdilər. Belə bir aksiya keçirmək cəhdi bütövlükdə Azərbaycanın imicinə zərbə vuran haldır. Bu halı birmənalı şəkildə qınayıram”.

E.Mirbəşiroğlu qeyd edib ki, bu cür qrupların fəaliyyəti heç bir effekt verə, belə aksiyalar Azərbaycana təzyiq elementinə çevrilə billməz:

“Mən onların fəaliyyətinin effektiv olacağını düşünmürəm. Konkret olaraq söhbət Avropadan gedirsə, baxın, Avropa bu gün Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Avropa ilə Azərbaycan arasında əməkdaşlıq günü gündən inkişaf edir. Avropa Azərbayacanın enerji, nəqliyyat potensialını real qiymətləndirir və təbii ki, Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istəyir. Bu baxımdan mən düşünürəm ki, Avropanın özünün Azərbaycanla yaxından əməkdaşlıq etməkdə çox ciddi maraqları var. Mən düşünmürəm ki, bu cür hallar Avropa ilə Azərbaycan arasında olan münasibətlərə, əlaqələrin perspektivlərinə təsir edə bilsin”.

Qeyd edək ki, mayın 13-də Brüsseldə 3-4 nəfər anti-milli ünsürün aksiya keçirmək cəhdi bu insanların Azərbaycan dövlətinə və xalqına düşmən münasibətini əyani şəkildə nümayiş etdirir. Bu aksiya cəhdi ilə onlar erməni diasporundan, ermənilərin maliyyələşdirdiyi xarici fondlardan aldıqları böyük məbləğdə vəsaitləri yuyurlar.


Müəllif: Səxavət

Oxşar xəbərlər