23 May 2019 16:51
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan heç bir zaman idmanı siyasətlə eyni yerdə tutmayıb. Siyasət meydanında deyiləcək sözlər, atılan strateji addımlar, idman meydanında isə ancaq güc qalib gələ bilir. 2015-ci il Avropa Oyunlarında Azərbaycanı siyasət meydanına çəkən, 3-5 manat maliyyə dilənən bir çox qurumlar az qalmışdı ki, olmayan donlara girsinlər”.

Teleqraf.com xəbər verir ki, bunu “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

Təşkilat sədri qeyd edib ki, bu yaxınlarda Azərbaycan UEFA Liqasının final oyununa ev sahibliyi edəcək:

“Biz o ölkəyik ki, idman protokolunda idmançının milliyətinə fikir vermədən dövlət başçısı səviyyəsində protokolda iştirak edib qalib olanı qiymətləndirib, boynuna medal asıb və onu alqışlamışıq. Neçə gündür beynəlxalq mətbuatı izləyirəm, bir erməni əsilli tanınmış idmançı öz “təhlükəsizliyini” qorumaq üçün Bakıya gəlmək istəmədiyini deyir. Bunu da “Mailsport”, “Vaşinqton Post” kimi mətbuat qurumlarda dayanmadan tirajlayır.

Məsələni qısa analiz etdikdən sonra bəlli oldu ki, Azərbaycan tərəfi artıq ilin əvvəlində, bəlkə də daha tez bilirdi ki, bu oyun Azərbaycanda keçiriləcək. Necə ki, digər tədbirlərdə təhlükəsizlik tədbirləri görülürdü və buna da komanda eyni formada hazırlaşmışdı. Bunu hiss edən Ermənistan hökuməti hələ mart ayından buna siyasi bir don geyindirməyə qərar verir. Dərhal martın 25-də Ermənistan Prezidenti Armen Sərkisyan futbolçu Henrix Mkhitaryanı görüşə çağırır və lazımi tapşırıqlar verir ki,” sən lazımlı adamsan, yaxşı bir şou düzəltmək lazımdır”. Henrix də “erməni soyqırımı” təbliğatçısı kimi, sözə qulaq asır”.

Mirhəsən Seyidov bildirib ki, ermənilər ingilis futbol mütəxəssisi Yurgen Kloppu da oyuna qatıblar:

“Münaqişə ölkəsi olduğumuzu araya qatırlar, təyyarə biletləri yadlarına düşür və kiçik bir açıqlama ilə oyuna gətirilir. Baş məşqçi də (Klopp) bilmir nə etsin, axırda qərar verir ki, “oyunçu ilə danışım, gedər-gedər, getməz- getməz. Axırda da deyir ki, oyunçunun öz qərarıdır.

Bir şeyi başa düşmürəm ki, biz məgər heç bir idman növü üzrə dünya və Avropa çempionatlarına ev sahibliyi etməmişik? “Çelsi” burda “Qarabağ”la Çempionlar Liqası oyununda qarşılaşmamışdı? Çempionlar Liqası ilə Avro Liqanı necə bir tutmaq olar ? Biz dünyanın ən nüfuzlu yarışlarına ev sahibliyi etməmişik? Başqa sözlə, biletinizi almısınızsa, ayın 29-da gedib oyuna baxın. Bir “Arsenal” futbolçusunu siyasət qurbanı kimi “qırmız kart” almış hesab edin. Hesab ehtimalınız nədirsə bilmirəm, amma mən bu qarşılaşmada “Çelsi” tərəfdarı olacağam”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər