7 İyun 2019 15:45
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi geniş nümayəndə heyəti iyunun 9-da Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfər edib.

Bu barədə Teleqraf.com-a MSK-nın media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşevin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun qazaxıstanlı həmkarı və digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirməsi, ali seçki qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması nəzərdə tutulur.

Qeyd edilib ki, Azərbaycan MSK təmsilçiləri həmçinin, ATƏT DTİHB, MDB və Türk Şurasının tərkibində də sözügedən seçkilərin müşahidəsinə qatılıblar.

MSK nümayəndələri səsvermə günü paytaxt Nur-Sultanda və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.


Müəllif: Səxavət

Oxşar xəbərlər