8 İyun 2019 15:55
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliyanın dövlət başçısı Marselu Rebelu di Souzaya təbrik məktubu göndərib.

Teleqraf.com xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Portuqaliya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər