8 İyul 2019 23:59
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Volfqanq Maniqi qəbul edib.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səfir V.Maniq etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Almaniyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər