10 İyul 2019 16:39
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Müdafiə nazirinin birinci müavini arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıya gələn NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, söhbət zamanı Bakıda beynəlxalq əhəmiyyətli mühüm görüşlərin keçirilməsindən məmnunluq ifadə olundu.

Görüşdə Azərbaycan ilə NATO arasında əməkdaşlıq, ölkəmizin Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasına töhfəsi məsələləri müzakirə edildi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər