25 İyul 2019 18:19
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyə ilə viza rejiminin aradan qaldırılmasını alqışladığını bildirib.

Teleqraf.com-un məlumatına görə, partiyanın mətbuat xidmətinə açıqlamasında BAXCP sədri öz ana yurdlarında bir sıra ölkələrlə də viza rejiminin ləğv ediləcəyinə ümid bəslədiyini deyib:

“Ümid edirəm ki, tezliklə öz ana yurdlarında yaşayan 30 milyondan çox soydaşımızın vətəndaşı olduğu İranla, yaşayış standartları bizdən çox üstün olan Avropa İttifaqı, ABŞ, Kanada, İsrail, Cənubi Koreya, Yaponiya və s. bu kimi ölkələrlə də viza rejimi aradan qaldırılacaq. Bu isə öz növbəsində ölkəmizin tanıdılmasına və turizmin inkişafına öz tövhəsini verəcək. Qoy hər bir xarici ölkə vətəndaşı asanlıqla gəlib bizim çoxmədəniyyətli, dözümlü, müasir və dünyəvi bir ölkə olduğumuzu görsün. Bununla biz həm də ermənilərin “azərbaycanlılarla birlikdə yaşamaq mümkün deyil” kimi iddialarını alt-üst etmiş olarıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər