6 Sentyabr 2019 15:36
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa BMT-nin 74-cü ssesiyasında ABŞ və İran prezidentlərinin görüşünü təşkil etməyə çalışır. ABŞ prezidenti Donald Tramp belə bir görüşdə maraqlıdır və Emmanuel Makron çalışır ki, İran rəhbərliyini razı salsın. Prezident Həsən Ruhani də Trampla görüşmək istəyir. Çünki neft satışı kəskin azalıb və iqtisadi sanksiyalar ölkəni xaosa sürükləyir. Bu səbəbdən də, İranda islahtçılarla mühafizakarlar ABŞ-la dialoq məsləsində kəskin qarşıdurmadadır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Ruhaninin Trampla görüşünə ölkənin dini lideri Əli Xameneyi icazə verməlidir: “Hesab edirəm ki, Tramp-Ruhani görüşü baş tutsa, bu, Amerika başçısının diplomatik qələbəsi olacaq.

Qənaətimə görə, belə bir görüş iki ölkə arasında gərginliyi azaltsa da, münasibətlərin kəskin normallaşdırılmasına gətirməyəcək. Çünki İran Suriya, Yəmən və İraqdan geri çəkilməyənədək, Vaşinqton Tehranın yaxasından əl çəkməyəcək.

Qeyd edim ki, mühafizəkarlar ABŞ -la aparılan vəkalət müharibəsini davam etdirməyə çalışır, islahatçılar isə buna qarşıdır. Lakin bu məsələdə Ruhaninin başçılıq etdiyi islahatçı qanad mühafizəkarlardan daha zəifdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər