11 Sentyabr 2019 13:20
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim tədbirə qatılmağım bu formatda keçirilən tədbirə dəstək məqsədi daşıyır. Siyasi partiyalar, iqtidarla müxalifət birgə müzakirələr aparılmalıdır. Amma bu, davamlı olmasa, xalqımız üçün xeyirli olmayacaq. Hər kəs deyəcək ki, toplaşıb dağılışdılar.

Teleqraf.com xəbər verir ki, bu fikirləri politoloq Eldar Namazov “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda müzakirə zamanı deyib.

"Bu yaxınlarda Gürcüstan telekanallarından birində jurnalist Rusiya prezidentini təhqir etdi. İki gün əvvəl Gürcüstan prezidenti mətbuat xidmətinin üzvünü qovub, çünki o, Putini söyən jurnalistə dəstək verib. Eləcə də Braziliya prezidenti sosial şəbəkələrdə Makronun xanımına sataşdı. Biz internet əsrində yaşayırıq. Nəzərə almaq lazımdır ki, insanlar məhkəmədə haqq-ədaləti tapmırlar, ona görə də axşam dərhal sosial şəbəkələrdə ortaya çıxırlar. Eləcə də məmurlardan narazı olanlar var. Hesab edirəm ki, bu məqamlar nəzərə alınmalıdır”, - Eldar Namazov qeyd edib.


Müəllif: Cavad