Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, Rusiya dövlət başçısı Mehriban Əliyevanı iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsindəki xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edib.
Putin görüş zamanı bildirib ki, Mehriban Əliyeva Azərbaycanın ən yüksək vəzifəli şəxslərindən biridir.
Mehriban Əliyeva da öz növbəsində bildirib ki, təltif edilməsi onun üçün böyük şərəfdir.