ReAl Partiyası sədrinin müavini Natiq Cəfərlinin namizədliyi qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə partiya rəsmisinin özü məlumat verib.
O, 12 saylı Qaradağ-Binəqədi-Yasmal seçki dairəsindən namizədliyini irəli sürüb.
Daha bir ReAL-çı Erkin Qədirlinin namizədliiyi 16 saylı Yasamal seçki dairəsində qeydə alınıb.
Əlavə edək ki, Azərbaycanda erkən parlament seçkiləri bu il fevralın 9-da keçiriləcək.