33 saylı Xətai birinci Seçki Dairəsindən deputatlığa namizəd Zəlimxan Məmmədlini seçicilərlə görüşlərini davam etdirir.
Teleqraf.com xəbər verir ki, deputatlığa namizəd bu gün seçki dairəsinin Qaçaq Nəbi 7 ünvanında yerləşən həyətdə sakinlərlə görüşüb.
"Problem çoxdu. Həll yolu milləti iradəsi, ali hakimiytətin birləşdirici missiyası siyasi uzlaşma, bütün sahələrdə ardıcıl islahatlardır", deyə namizəd qeyd edib.
Z.Məmmədli həmçinin tanınmış gürcü publisist Giya Paçxataşviliyə baş çəkib. "Giya Paçxataşvili açıq ürək əməliyyatından sonra şükürlər olsun ki, yaxşıdı. Dostlarla birlikdə ziyarət etdik. Zarafatından da qalmadı: - "Deyir o dünya məni qəbul eləmədi, dedilər bu dünyada gorəcəyin çox işlər var. Seçki marafonunda bizə dəstəyini də unutmadı.Yaşa Givi, yastığın yüngül olsun", Deyə Z.Məmmədli qeyd edib.