Mərkəzi Seçki Komissiyasının iclasında namizədliyi 57 saylı Kürdəmir seçki dairəsindən öz təşəbbüsü ilə irəli sürülmüş bitərəf Gülzar İbrahimova tərəfindən MSK-ya daxil olmuş müraciətə baxılıb.
Teleqraf.com xəbər verir ki, məsələ barədə MSK-nın və Ekspert qrupunun üzvü Validə Kazımova məlumat verib.
V.Kazımova sözügedən dairə seçki komissiyasının araşdırma prosesinə cəlb edilməsinin vacib olduğunu, bunun üçün müraciətin araşdırılma müddətinin 3 gün uzadıldığını bildirib:
“Namizəd qeyd edib ki, ona sünшi maneələr yaradılıb, seçicilərlə görüşünə imkan yaradılmayıb. Atakişili kəndi üzrə icra nümayəndələri tərəfindən ona qərəzli münasibət bəslənildiyini vurğulayıb. Qeyd edib ki, insanları onunla görüşməyə qoymayıblar. Ancaq öz şikayətini əsaslandıra biməyib”.
MSK sədrinin bununla bağlı sualını cavablandıran V.Kazımovanın sözlərinə görə, həmin şəxs deyib ki, hüquqdan çox zəifdir, hansı hərəkətləri etmək lazım olduğunu bilmir.
MSK sədri sözügedən şəxsin professor olduğunu, ona köməklik etmək istədiklərini vurğulayıb. MSK sədri namizədə maneələr yaradan yerli icra nümayəndələrinə şifahi xərədarlıq edilməsinə göstəriş verib. Ümumilikdə isə şikayətin əsassız sayılmasına dair qərar qəbul edilib.