15 Fevral 2020 14:34
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının iclasında 82 saylı Ağcabədi, 94 saylı Bərdə kənd, 56 saylı Xaçmaz kənd, 106 saylı Tovuz-Qazax-Ağstafa, 79 saylı İmişli, 9 saylı Binəqədi ikinci, 48 saylı Yevlax, 61 saylı Neftçala, 8 saylı Binəqədi birinci, 18 saylı Nərimanov-Nizami, 29 saylı Səbail, 72 saylı Yardımlı-Masallı seçki dairələri üzrə daxil olmuş şikayətlərə baxılıb.

Teleqraf.com-un xəbərinə görə, məsələ barədə məlumat verən MSK katibi Arifə Muxtarova bildirib ki, bu dairələr üzrə şikayətlər müvafiq seçki dairələrərinə göndərilməlidir.

Daha sonra müraciətlərin müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar qəbul olunub.

Hazırda bu xarakterli müracitlərə baxılır


Müəllif: Teleqraf.com