17 Fevral 2020 09:21
1 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Ermənistanın Baş Naziri Nikol Paşinyana Azərbaycan Televiziyasının "Həftə" proqramına müsahibəsində cavab verib.

Teleqraf.com xəbər verir ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Xocalı soyqırımı ilə bağlı danışarkən, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova “istinad edərək” sözügedən hadisəni azərbaycanlıların törətdiyi ilə bağlı iddianı sabiq prezident əsassız adlandırıb:

“Paşinyanın sözlərinin real əsası yoxdur. O, yalan danışdı. Ona görə də hansısa jurnalistin “Arqumenti i Faktı” qəzetində nə vaxtsa nəsə deməsi haqqında danışığını və bitməyən qanlı münaqişəni buna bağlamaq nəinki məntiqi deyil, həm də qeyri-obyektivlikdir. Özü də Münxen konfransı kimi bir səviyyədə. Lakin ölkə prezidenti bu yalanlara kifayət qədər inandırıcı cavab verdi. Ümumiyyətlə, bu məsələdə mənə istinad etmək, özü-özlüyündə təəccübləndirir və bu, yolverilməzdir”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər