MSK daha sonra 25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizəd Ramin Əbilovun şikayətinə baxılıb.
Telearf.com-un məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki, şikayətçi bu seçki dairəsi üzrə 14 seçki məntəqəsində səsvermənin nəticələrini mübahisələndirib:
“Materiallar hərtərəfli araşdırılıb. Şikayət qismət təmin edilməli, 26 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv edilməlidir”.
MSK səsvermə yolu ilə 25 saylı Nizami ikinci seçki dairəsi üzrə 26 saylı məntəqədə səsvermənin nəticəsini ləğv edib.