24 Fevral 2020 14:04
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət səfəri ölkələrarası münasibətlərin ən yüksək həddini ifadə edir”.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev Azərbaycan Televiziyasının “Həftə” analitik-informasiya proqramında deyib.

H.Hacıyev dövlət səfərinin məramını açıqlayıb: “Ölkələr arasında həyata keçirilən səfərləri təsnif etsək, burada birinci növbədə ali səviyyə xarakteri daşıyan dövlət səfərləri dayanır. Ondan sonra rəsmi səfərlər, rəsmi işgüzar səfərlər, işgüzar səfərlər, qonaq səfərləri və şəxsi səfərlər gəlir.

Dövlət səfərləri məhz xüsusi protokol qaydaları ilə, diplomatik mərasimlərlə müşayiət olunur. Burada ümumi xarakter daşıyan məramlarla bərabər, hər bir ölkənin özünün adət-ənənələrindən, qaydalarından çıxış edərək xüsusi mərasimlər təşkil olunur. Burada əsas məqsəd dövlətlərarası münasibətlərin ən yüksək həddini, ölkələrarası dostluq və əməkdaşlığın ən ali səviyyəsini nümayiş etdirmək və bir daha da təsbit etməkdir”.

Prezidentinin Administrasiyasının şöbə müdiri qeyd edib ki, Prezident İlham Əliyevin İtaliya Respublikasına səfərinin dövlət səfəri səviyyəsində həyata keçirilməsi İtaliya ilə Azərbaycan arasındakı münasibətlərin ən yüksək səviyyəsini özündə ehtiva edir: “2018-ci ildə də İtaliya prezidenti Azərbaycana dövlət səfərinə gəlmişdi. Qarşılıqlı şəkildə həyata keçirilən bu səfərlər ölkələrimiz arasındakı münasibətlərin ən yüksək səviyyəsini özündə ehtiva edir. Dövlətimizin başçısının İtaliya Respublikasına səfəri çərçivəsində həyata keçirilən mərasimlərə və protokol xarakterli tədbirlərə baxdıqda görünür ki, burada hər bir element İtaliya ilə Azərbaycan arasındakı dostluğu özündə təcəssüm etdirir. Qarşılama mərasimi, hətta yolasalma mərasimi, ali səviyyədə təşkil olunan görüşlər və s.”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər