6 Mart 2020 18:32
4 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyə Prezidentləri arasında keçirilən görüşdə çəkilən fotolar müzakirə mövzusuna çevrilib. Rusiya Prezidenti Vladimir Putinin fotolarda yer alan detallar üzərindən türk həmkarına mesaj verdiyi iddia edilib. Lakin gerçəyin belə olmadığı ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolardan birində əks olunan heykəlin 1877-1878-ci illərdə baş verən Rus-Osmanlı savaşında qalib gələn rus əsgərlərini simvolizə etdiyi bildirilib.

“Balkanlardan keçid yürüşü” adlanan heykəl salondakı sobanın üstündə yer alıb.

İkinci fotoda isə Osmalı ordusunu iki dəfə məğlub etmiş çariça Yekaterinaya məxsus heykəl əks olunub. Lakin Putinin bununla türk həmkarına hansısa mesaj vermədiyi həqiqəti də sonradan aydın olub.

Belə ki, Rusiya Prezidentinin İsrailin Baş naziri Binyamin Netanyahu, Almaniya Kansleri Angela Merkel və digər dövlətlərin başçıları ilə görüşlərində çəkilən fotolarda da həmin detallar öz əksini tapıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər