17 Mart 2020 12:13
4 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada koronavirus tüğyan edir. Azərbaycan koronavirusla mübarizədə səmərəli fəaliyyət göstərir. Azərbaycanın fəaliyyəti Ümiumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət qiymətləndirilir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova deyib.

O xatırladıb ki, baş nazir tərəfindən dövlət qurumları və yerli icra orqanlarına müvafiq təlimat göndərib:

“Biz fəaliyyətimizi bu təlimat məktubuna uyğun qurmalıyıq. Hesab edirəm ki, bir müddət parlamentin komitə və komissiyalarının iclası təxirə salınmalıdır. Xahiş edirəm, təlimat məktubu ilə tanış olasınız”.

Spiker əlavə edib ki, hər şey Prezidentin nəzarəti altındadır, dövlət lazım olan addımları atır: “Amma hamımız anlamalıyıq ki, bu epidemiya sadə məsələ deyil və sürətlə yayılır. Bu məsələdə biz də məsuliyyətimizi dərk etməliyik. Hər birimiz üzərimizə düşəni etməliyik”.

Sahibə Qafarova əlavə edib ki, gündəliyə təklif olunan məsələlərin bir hisəssi koronavirsla qarşı mübarizə haqqındadır: “Bu qanunlar tez qəbul edilməlidir ki, koronavirus epidemiyasına qarşı daha səmərəli tədbirlər həyata keçirilsin”.


Müəllif: Nemət

Oxşar xəbərlər