18 Mart 2020 18:27
3 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir neçə gündür azərbaycanlı iş adamı Mübariz Mənsimovun Türkiyədə həbs edilməsi ətrafında bəzi qüvvələrin oyun oynaması aydın müşahidə edilir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.

Ekspert bir qrup insanın Türkiyənin Azərbaycandakı səfirliyi qarşısındakı piketinə də diqqət çəkib:

“İki gün əvvəl guya azad olunması haqqında paylaşılan video, dünən separatçı Ələkrəm Hümbətovun verdiyi dəstək bəyanatı və ən əsası bir dəstə adamın Türkiyə səfirliyi önündə keçirməyə cəhd etdiyi etiraz aksiyası buna nümunədir.

Mübariz Mənsimovun nə bir separatçının dəstəyinə, nə də vətəndaşı və biznes maraqları olduğu ölkənin səfirliyinin önündə baş verənlərə ehtiyacı yoxdur. Hesab edirəm ki, son günlərdə baş verənləri Azərbaycan-Türkiyə münasibətləri əleyhinə çevirmək istəyi təxribatdır. Həbs məsələsindən də bu çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu adamların niyyəti Mübariz Mənsimovun azad olunması deyil.

Təcrübəsizlikdən və bilməyərəkdən bu prosesə qoşulanlara demək istəyirəm ki, fəaliyyətinizin məramı doğurdan da Mübariz Mənsimovun azad olunmasıdırsa, lütfən, bu oyunlara getməyin”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər