Bir məsələyə xüsusi diqqət çəkmək istərdim. Bu da koronavirus pandemiyası dövründə işçilərin qeydiyata alınmaması ilə bağlıdır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxış edən deputat Məşhur Məmmədov deyib. O, bununla bağlı təklif də irəli sürüb:
“Bildiyiniz kimi, bir çox işçilər qeydiyyata alınmayıb. Təklif edirəm ki, qeydiyyata alınmayan işçilərin işlədiyi şirkətlərə müraciət edək. İşçilər hansı şirkətlərdə işləyirlərsə, onlara yardımları da həmin şirkətlər etsinlər. Bununla da işçilərinin yanında olsunlar”.