24 Aprel 2020 11:59
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azərbaycandır! Bu sadəcə söz deyil, bir fəlsəfədir, azərbaycançılıq mövqeydiir. Bu mövqe ilə danışıqları, görüşlərimizi, həyatımızı təşkil etməliyik. Zohrab Mnatsakanyanın sonuncu bəyanatı azərbaycançılığa qarşı təxribatdır. Bu birinci təxriubat deyil, amma elə etmək lazımdır ki, sonuncu olsun.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

Deputat deyib ki, erməni tərəfi əlindən gələni edəcək ki, status-kvo saxlanılsın: “Onlar prezidentləri deviriblər, parlamenti gülləbaran ediblər, həbsxanada insanları çürüdüblər. Hər cinayətə ələ atıblar ki, status-kvonu saxlasınlar. Bunlar alınmaynda isə danışıqlardan qaçıblar. Parisdə Köçəryan tənəffüs adı ilə təyyarəsinə minərək qaçıb”.

Komitə sədri bildirib ki, indiki Ermənistan hakimiyyəti isə guya danışıqlara üçüncü tərəfi qatmağa çalışır, danışıqlardan çıxmaq haqda danışır: “Amma bu da alınmır. Çünki cənab prezidentin apardığı xarici və daxili siyasət Ermənistanın iç üzünü açıq ortaya qoyub. Münhen Təhlükəsizlik Konfransında cənab prezident üçüncü tərəfin danışıqlara qoşulmasına imkan vermədi.

Nəhayət, vasitəçilər Azərbaycanın mövqeyini, yəni mərhələli həll variantını dəstəklədikdən sonra erməni tərəfi təxribata başlayıb.

Hesab edirəm ki, bununla bağlı müəyyən addımlar atmalıyıq. Əziz həmkarlar, bizim bəyan etməliyik ki, danışıqların pozulması ilə bağlı məsuliyyət Ermıənistanın boynundadır. Həmçinin vasitəçilər bununla bağlı möğvqe ortaya qoymalıdır. Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Biz indi daha güclüyük. Cənab prezident bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz”.

Səməd Seyidov sonda qeyd edib ki, son danışıqlardan sonra bir neçə gündür həmkarları mətbuatda tənqidi məqalə və təkliflərlə xarici işlər naziri, xarici siyasətlə bağlı fikirlərini ortaya qoyurlar: “Mən bir misal çəkmək istəyirəm. Cənab prezident Milli Məclisin ilk iclasda dedi ki, hökumət parlamentlə daim ünsüyyətdə olmalıdır. Çünki bu, həm hökumət üzvlərinin məsuliyyətini, həm də parlamentin rolunu artırır. Mən təklif edirəm ki, bu ciddi məsələlərlə bağlı Xarici İşlər Nazirliyinin rəsmilərini parlamentin müvafiq komitəsinə dəvət edək, müzakirələr aparaq. Hörmətli sədr, biz bir dəfə belə bir tədbir keçirmişik. Hesab edirəm ki, bu təklifi reallaşdıqsaq, faydalı olar”.


Müəllif: Cavad

Oxşar xəbərlər