30 İyun 2020 19:44
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz də dünyanın digər dövlətləri və beynəlxalq təşkilatları ilə fikir mübadiləsi aparırıq.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Bu gün dünya miqyasında bu sürətlə yayılan ikinci virus görülməyib. Bu həqiqətən üçüncü dünya müharibəsi formasında xarakterizə olunacaq haldır. Artıq inkişaf etməkdə olan dövlətlər həyəcan təbili çalırlar. Bizim diplomatik nümayəndələrimiz virusla bağlı müraciət etdiyi halda, onlara kömək edilməyib. Buna görə də tibb işçilərimizin əməyini layiqincə və obyektiv qiymətləndirməliyik".

Hikmət Hacıyev əlavə edib ki, Azərbaycan Respublikasının təcrübəsində çox tələbkar test mexanizmi ilk gündən tətbiq olunur: "Bu gün 7-8 min insan testdən keçirilir və elan olunan bütün rəqəmlər şəffaf xarakter daşıyır. Mən digər dövlətlərin adından danışmaq istəmirəm, amma Azərbaycanda hər bir hal çox ciddi şəkildə araşdırılır"


Müəllif: Aysel Azad

Oxşar xəbərlər