Azərbaycan ordusunun düşmənə qarşı apardığı döyüşlər milli ruhu çox yüksəldir və biz, daima ordumuzun yanındayıq. Ermənilər neçə illərdir ki, torpaqlarımızı işğal edib, indi də dövlət sərhədimizi pozaraq, bizə hücum edirlər. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan ordusu 1990-cı illərin ordusu deyil.
Bu fikirləri Teleqraf.com-a Cmhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev deyib.
O xatırladıb ki, Azərbaycanın qüdrətli ordusu var və bu ordu gücünü Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonuna hücumunun qarşısını almaqla bir daha nümayiş etdirdi:
“Azərbaycan ordusu modern silahlarla təmin edilib, peşəkar kadrları var. İraqda, Suriyada, Liviyada döyüşlər zamanı göstərilən son texnoloji silahlar bizim ordumuzda da var. Ordumuz qüdrətlidir. Azərbycan xalqı da ordunun və dövlətin yanındadır. Ordumuz ləyaqətli və şücaətli mübarizə aparır, onun əsgərindən tutmuş generalına qədər hər biri vətənin müdafiəsinə çalışır”.
CHP sədri əlavə edib ki, bu mübarizədə düşmənin qudurğan hücumları göstərir ki, gec-tez bizlər vətən uğrunda savaş etməli olacağıq:
“Əlbəttə, ermənilərin ən çox güvəndikləri güclər oyundan çıxacaq. Buna qədər ermənilər öz içlərində olan gərginliyi Azərbaycanın daxilinə keçiriblər. Amma Tovuz əməliyyatından sonra, Azərbaycan ordusu gələcəkdə müharibəni Ermənistan daxilində aparacaq. Erməni bir daha anladı ki, Azərbaycan ordusu qüdrətlidir. Biz nəzərə almalıyıq ki, bu gün döyüşlərin getdiyi nöqtə türk dünyasının qapısıdır. Türk dünyası da Azərbaycan, onun ordusu ilə bir yerdə olacaq. Təbrizdən tutmuş digər türk vətənlərinə qədər hər kəs bizim ordunu dəstəkləyən çıxışlar etdi. Azərbaycan ordusu tək deyil. Qanında, canında türk qanı axan hər bir kəs bizim ordunun yanındadır. Azərbaycanın starteji layihələrinin hamısı Tovuzdan keçir. Bu rayona hücum təsadüfi deyildi və hesab edirəm ki, bu aktın arxasında ermənilərin himəyadarları dayanıb. Əminəm ki, ermənilə gələcəkdə sülh danışıqları ilə bağlı Qərb təmsilçilərini ortaya salacaq, Ermənistanda anti-rus qüvvələri güclənəcək. Tanrı Azərbaycan ordusunu qorusun. Biz, Azərbaycan ordusu ilə fəxr edirik. Hər birimiz də müsəlləh əsgərik. Siyasi partiyalar müharibə dövründə Ali Baş Komandanın əmrini gözləməli, ordunun yanında olmalıdır”.