18 İyul 2020 15:52
1 740
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təşəbbüsü ilə Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı olub.

Azərbaycan Müdafiə Nazirliyindən Teleqraf.com-a bildirilib ki,telefon danışığı zamanı tərəflər iki ölkə arasında dostluğa, qarşılıqlı etimada və mehriban qonşuluq münasibətlərinə əsaslanan əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd ediblər. Nazirlər ölkələrimizin hərbi sahədə əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edərək, hərbi və hərbi-texniki əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.

Nazirlər həmçinin, regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.

Telefon danışığı əsnasında Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu generel-polkovnik Zakir Həsənova Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığının qəfil yoxlamaları tədbirləri haqqında məlumat vermişdir. Sergey Şoyqu bu tədbirlərin əvvəlcədən planlaşdırıldığını və heç bir halda Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı olmadığını vurğulamışdır.

***

15:39

Bu gün Azərbaycan və Rusiya Müdafiə nazirləri Zakir Həsənov və Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya KİV-ləri hərbi-diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Şənbə günü səhər saatlarında rəsmi Bakının təşəbbüsü ilə Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub. Söhbət zamanı iki ölkənin hərbi qurumlarının əlaqələri və əməkdaşlığı ilə bağlı müxtəlif məsələlər müzakirə olunub”, - mənbə deyib.

Rusiya Müdafiə naziri həmçinin Zakir Həsənova iyulun 17-də, cümə günü başlayan Rusiya qoşunlarının döyüş hazırlığının qəfil yoxlanılması barədə məlumat verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər