Azərbaycanı müxtəlif ölkələrlə müqayisə edirəm. Sosial şəbəkələri izləyib, şərhləri oxuyuram.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Təəssüf ki, həqiqəti əks etdirməyən şərhlər yazılır. Bəziləri hələ də virusun varlığını danır. Elə ölkə qalmayıb ki, orada virusa yoluxma olmasın. Bəziləri iddia edir ki, bütün ölkələrdə karantin ləğv olunub, yalnız Azərbaycanda qalıb. Çox yanlış fikirdir. Karantin ləğv olunan ölkələrdə yoluxma sayı artıb. Məsələn, İsrail çimərlik mövsümünü açdı və orada yoluxma artdı".
Şahmar Mövsümov qeyd edib ki, açıq havada fəaliyyət göstərən kafelərdə yoluxma halı daha azdır: "Lakin biz 5 avqustdan sonra yumşalmalara gedə bilərik. Bütün kafelərin, ticarət obyektlərinin açılması riskləri nəzərə almaqla baş tutacaq.
İstəməzdim yenidən sərt karantin rejimin tətbiqinə məcbur olaq. Sadə qaydalara riayət etməklə, koronavirusa qalib gələ bilərik".