13 Avqust 2020 18:25
2 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın bundan əvvəlki milli təhlükəsizlik strategiyası 2007-ci ilin yanvarın 26-da qəbul olunub. Yeni strategiya isə bu ilin iyulunda təqdim edilib. Bu strategiyanın təqdimatı Baş nazir Nikol Paşinyanın məktubu ilə başlayır. Hər şeydən əvvəl Paşinyanın burada tarixə istinad etməsi gülünc görünür. Tarixin uydurulması ilə bağlı çox danışmaq olar. Amma burada bir neçə məsələni unutmaq olmaz.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, tarixçi alim Musa Qasımlı deyib.

Millət vəkili bildirib ki, əvvəlki illərdə ermənilər guya Urartu dövlətinin onların olması ilə bağlı fikirlər səsləndirirdilər:

“Paşinyanın həmin məktubuna diqqət etdikdə isə Urartu ifadəsi işlədilmir. Van çarlığı deyilir. Çünki onlar başa düşürlər ki, dünya Urartunun ermənilərə mənsub olduğunu qəbul etmir. Artıq anlayırlar ki, bu məsələdə onlar özlərini gülünc vəziyyətə qoyacaqlar. Van çarlığı ifadəsinə gəlincə isə bu ifadə də də kökündən yanlışdır. Çünki indiki Van şəhəri qədim dövrdə Tuşpa adlanırdı. Paşinyanın məktubunda olan digər bir məsələ uydurma “böyük Ermənistan” ifadəsini işlətməməsidir. Erməni siyasətçiləri, tarixçiləri uydurma “böyük Ermənistan” ifadəsi işlədirlər. Amma Paşinyan burada hiyləgərliklə Arşakidlər, Baqraditlər ifadələrini işlədir. Onun bu uydurma “böyük ermənistan” ifadəsini işlətməməsinin də bir neçə səbəbi var. Biri ondan ibarətdir ki, dünya “böyük Ermənistan” deyilən bir şeyin xülya olduğunu başa düşür. İkincisi isə “böyük Ermənistan” xülyası adı altında ermənilər Gürcüstana, Türkiyə və Azərbaycana, İrana, Rusiyaya bütün qonşu ölkələrə ərazi iddiaları irəli sürürlər”.

Tarixçi alim qeyd edib ki, Ermənilər “erməni yaylası” deyilən əraziyə gəlmədirlər:

"Əslində indiki erməni adı onlara aid deyil. Onlar haylardır. Ermənilər isə Şərqi Anadoluya köçüb gəliblər. Onların qaraçılar kimi vətəni olmayıb. Balkanlardan, İki Çay Arasına və Şərqi Anadoluya gəlib yerləşiblər. Hansı ölkədə yaşayıblarsa da, orada dövlətə arxadan zərbə vurub, xəyanət ediblər. Paşinyan da bunu deyir ki, indiki Ermənistan birinci respublikanın varisidir. O, bu məsələdə doğru danışıb. Çünki indiki Ermənistan daşnak Ermənistanın varisidir. Ayrıseçkilikdə, şovinizmdə, terroru dövlət səviyyəsinə qaldırmaqda daşnak Ermənistanına varislik edir. Dövrün sənədlərindən aydın olur ki, daşnaklar hakimiyyətə gələndə Azərbaycan torpaqlarında qurulmuş Ermənistanda 1 milyon 200 min nəfər əhali yaşayırdı. 1920-ci illərin sonlarında daşnaklar hakimiyyətdən gedəndə Ermənistanda 770 min nəfər əhali qalmışdı. Azərbaycanlılar 260 min nəfərdən 60 min nəfərə düşmüş və ya 77 faiz azalmışdılar. Kürdlər 25 min nəfərdən 500 nəfərə, yezidilər 8 min nəfərdən 5 min nəfərə qədər, ruslar 15 min nəfərdən 14 min nəfərə qədər, digər millətlər isə 7 mindən 4 min nəfərə qədər azalmışdılar".

Deputat əlavə edib ki, bütün bunlar həqiqətən də bugünkü Ermənistanın daşnak Ermənistanın varisi olduğunu ortaya qoyur:

"Bu gün Ermənistan mono-etnik respublikadır. Burada digər millətlərin nümayəndələri yoxdur. Daşnak terrorçularının bir neçəsinə, Erməniçilik nəzəriyyəsinin banisi məşhur terrorçu Qaregin Nijdeye İrəvanın mərkəzində abidə qoyulub. Bu abidənin açılışında prezident Sərkisyan iştirak edib. Yeni baş nazir isə onu qoruyub saxlayıb. Terrorçulara abidə qoyulub, adlarına küçələr orden və medallar təsis edilib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər