21 Avqust 2020 18:58
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qobu” elektrik stansiyası və bu günə qədər istifadəyə verilmiş bütün enerji mənbələri ölkəmizin bu sahəyə olan diqqətinin bariz nümunəsidir. Yeni generasiya güclərinin yaradılması Azərbaycanın ümumi inkişafının da təzahürünü göstərir. Ölkəmizin yüksələn iqtisadi potensialı fonunda elektroenergetika sahəsində görülmüş işlər və bunların əhəmiyyəti bu sahədə daha təminatlı mənbələrin yaranmasını ehtiva etmiş olub.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

O qeyd edib ki, “Qobu” elektirik stansiyasının tikintisi ölkəmizin enerji təhlükəsizliyinə təminat verən mühüm addımdır.

Millət vəkili vurğulayıb ki, çoxsaylı elektrik stansiyalarının tikilməsi və yenidən bərpa edilməsi, yeni enerji mənbələrinin yaradılması bu sahəyə olan diqqətin bariz nümunəsidir: ”Bu gün ölkəmizin generasiya gücü əhəmiyyətli dərəcədə artıb. Azərbaycan regionda bütün sahələr üzrə olduğu kimi enerji təhlükəsizliyi sahəsində də son zamanlar mühüm uğurlar əldə edib”.

Vüqar İskəndərov qeyd edib ki, “Qobu” elektrik stansiyasının təməlinin qoyulması ölkəmizin elektroenergetika sahəsində növbəti uğurudur:

“Bu stansiya Bakı və Abşeron rayonlarının daha etibarlı enerji təminatına töhfə verəcək. Eyni zamanda enerjinin bir mənbədən asılılığının qarşısını almış olacaq. Bu yaxınlarda fəaliyyətə başlayacaq Ələt Azad İqtisadi Zonasının da enerji təminatında bu stansiyanın əhəmiyyəti böyük olacaq. Bu eyni zamanda ölkəmizdə qeyri-neft sektorunun inkişafına və bu sahəyə marağın daha da artmasına təminat vermiş olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər