Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, iclasda komitədə 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində görülən işlərə dair hesabat dinləniləcək.
Komitə həmçinin payız sessiyası üçün qanunvericilik işləri planının layihəsini müzakirə edəcək.