Prezident İlham Əliyev sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxışında ölkəmizin milli maraqlarından irəli gələn çox mühüm məsələlərə toxundu.
Bunu Teleqraf.com-a açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.
O qeyd edib ki, dövlət başçısı Azərbaycanda bütün fundamental azadlıqların, hüquqların hər zaman təmin olunduğunu bildirərək, ölkəmizin sabit, müasir və demokratik ölkə olduğunu qeyd edib:
“Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, hökumətin başlıca prioritetləri sırasında demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, fundamental azadlıqlar mühüm yer tutur. Ölkədə vətəndaş cəmiyyəti inkişaf edir, internet, dini etiqad, sərbəst toplaşma azadlıqları tam təmin edilir. Bir neçə ay öncə biz ölkədə geniş siyasi dialoq təşəbbüsü başlatmışıq. Bütün əsas siyasi partiyalar bu təşəbbüsü dəstəkləyib. Uğurla başlanan bu siyasi dialoq ölkəmizin siyasi sistemini gücləndirəcək, Azərbaycanın dayanıqlı inkişafınına xidmət edəcəkdir”.
R.Qonaqov qeyd edib ki, ölkəmizdə siyasi partiyalarla, siyasi dialoqla bağlı Prezident İlham Əliyevin tapşırığı ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ciddi işlər görür. Şöbə müdiri Ədalət Vəliyev təşəbbüsə qoşulan bütün siyasi partiyalarla dialoq aparır. Son 5 ay ərzində 10 siyasi partiyanın qurultaylarının keçirilməsi və təsis sənədlərinə edilən dəyişikliklərin dövlət qeydiyyatına alınması, bu xüsusda parlamendə təmsil olunan siyasi partiyaların sayının 9-dan 11-ə yüksəlməsi, parlamentdə əksər siyasi partiyaların komitə rəhbərliyində təmsil olunması, müxalif siyasi partiya nümayəndəsinin parlamentin vitse-spikeri seçilməsi, 6 yeni siyasi partiyanın dövlət qeydiyatına alınması, bununla yanaşı siyasi partiyaların aktivləşməsi və sair hallar görülən işlərə əyani sübutdur”.
Mərkəz rəhbəri qeyd edib ki, beləliklə, bütün bunlar ölkə başçısının çıxışı ilə Azərbaycanın geniş siyasi dialoq platforması kimi beynəlxalq arenaya çıxarıldı.