13 Noyabr 2020 19:26
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın başlatmış olduğu Vətən müharibəsinin gedişində bəzi azərbaycanlı siyasətçilər belə bir versiya irəli sürdülər ki, guya Ermənistan Rusiyaya üçün artıq bir yükdür, Rusiya bu yükü daşımaq imkanında deyil və ona görə də müdaxilə etmir ki, işğalçı ölkədən canını qurtmaq istəyir. Ancaq bu qətiyyən belə deyildi və bu gün də belə deyil. Sonrakı proseslər göstərdi ki, əgər Rusiya Tovuz hadisələrindən sonra Ermənistanı aktiv şəkildə silahla təchiz edirsə, artıq bugünkü hadisələr də onu deməyə əsas verdi ki, Rusiya heç də Ermənistandan imtina etməyib və etmək fikrində də deyil”.

Bunu Teleqraf.com-a "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.

Siyasi ekspertin sözlərinə görə, Rusiya Çarı I Pyotrun dövründən sonra yaxın 200 ildə Rusiya Qafqazda Ermənistanı yaratmamışdır ki, indi onu "yük" deyə atsın və yaxud da kiməsə bağışlasın: “Bu birmənalı belədir. İkincisi, noyabrın 10-da Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında imzalanan bəyanat cənab Prezident İlham Əliyevin tələbi və Paşinyanın Rusiya prezidenti Vladimir Putinin hüzuruna gedib yalvarması ilə ekstremal şəraitdə ortaya çıxıb.

Həmin bəyanat Azərbaycanın şərtlərini artıqlaması ilə özündə ehtiva edir. Sonradan isə Rusiya və Türkiyənin müdafiə nazirlərinin Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalaması həmin bəyannamədə sadəcə tezis kimi qeyd olunmuşdu. Bu belə də olmalı idi. Sonradan yaxşı olardı ki, həmin bəyannamə geniş və detallı şəkildə müqavilə ilə öz əksini tapardı. Məsələn, bəyannamədə göstərilir ki, Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirən magistral yol çəkilsin. Bunlar hamısı danışılsa da amma detallı şəkildə müqavilə formasında əks olunmayıb. Bəzi məsələlərin detallaşması sonradan ortaya çıxır. Bu bəyannamədə Türkiyənin adı yox idi.

Azərbaycan Prezidentinin təkidi və tələbi ilə qeyd edildi ki, burada Türkiyə hərbçilərinin də iştirakı olmalıdır.

İkincisi, qərb dairələri 1992-93-cü illərdə, münaqişənin əvvəlində, ümumiyyətlə isə Qafqaz regionunda aktiv olsalar da ancaq bu gün nə ABŞ, nə də Fransanın proseslərə heç bir təsiri yoxdur. Bu gün Fransa birmənalı şəkildə real siyasətdən Qafqazdakı real yerini itirib və uzaqlaşıb. Fransa dövləri sadəcə illuziyalarla danışır. Real siyasət odur ki, bu gün Qafqazın taleyini Türkiyə ilə Rusiya həll edir. Bu gün Qafqazda qərbin faktiki olaraq heç bir rolu yoxdur. Çünki qərb bəyanat verməkdən başqa heç bir şey edə bilmədi. Soros Paşinyanı hakimiyyətə gətirdi amma arxasında dayana bilmədi. Sonradan Paşinyan Putinə yalvararaq ondan hakimiyyətini xilas etməyi xahiş etdi. Azərbaycan Türkiyəni Qafqaz siyasətinə daxil etdi. Cənab Prezident də öz müraciətlərində birmənalı olaraq bildirdi ki, bu müharibə Qafqazda yeni reallıq yaratdı. Təbii ki, bu yeni geosiyasi reallıq əslində beynəlxalq reallığın özünə təsir edir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər