18 Noyabr 2020 22:23
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezident İlham Əliyevin işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarına səfər etməsi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda bu səfər dövlət rəhbərliyi tərəfindən Azərbaycan mədəniyyətinə, mənəvi dəyərlərə olan diqqətin bariz nümunəsidir. Azərbaycan xalqının zəfəri ilə bağlı dünyaya verilən mesajdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Xudafərin körpüsünü ziyarət etməsi milli mənəvi dəyərlərimizə olan diqqətin göstəricisidir:

“Eyni zamanda Ali Baş Komandan orada səfərdə olarkən ermənilərin törətdikləri vəhşiliklərdən söz açdı. Bununla bağlı xüsusi bir çağırış etdi. Azərbaycana vurulan maddi, mənəvi ziyana görə beynəlxalq səviyyədə tələb qoyulacağını bildirdi. Eyni zamanda Prezident və xanımının Xudafərində olması, rəsmlər çəkdirməsi, Araz çayında əllərini yuması bu ərazilərin əsl sahiblərinin kim olduğunun nümayiş etdirilməsi idi. Cənab Prezidentin bu addımı cəbrayıllılar tərəfindən böyük sevgi ilə qarşılanıb. Həmçinin Ali Baş Komandan işğaldan azad olunmuş ərazilərdən dünyaya, işğalçıya müxtəlif mesajlar verdi".

Ceyhun Məmmədov qeyd edib ki, cənab Ali Baş Komandan Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkün olduğunu sübut etdi:

“Azərbaycanın sərt mövqeyi bir daha ifadə olundu. "Münaqişənin hərbi yolu yoxdur" - deyənlər bir daha gördülər ki, Azərbaycan BMT-nin qərarlarını icra edib. Azərbaycan bu gün güclü iradəyə məqsəd və hədəflərə malikdir”.

Millət vəkili əlavə edib ki, cəbrayıllılar ölkə rəhbərliyinə ata-baba yurdlarının işğaldan azad edilməsi və tarixi dəyərlərə olan diqqətə görə təşşəkürlərini ifadə edirlər:

“Cəbrayılın yenidən qurulması ilə bağlı cənab Prezidentin vermiş olduğu tapşırıqlar az müddətdə oranın gözəl bir məkana çevriləcəyinə əminlik yaradıb. Bu səfərlər eyni zamanda orada görüləcək işlərin perspektivini müəyyənləşdirib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər