20 Noyabr 2020 11:12
3 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa prezidenti Emmanuel Makron nə qədər ermənipərəst və anti-türk olsa da, Azərbaycan əleyhinə olan qətnaməni dəstəkləməyin ölkəsinə hansı problemlər yaradacağının fərqində olmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Fransa Senatı gələn həftə Dağlıq Qarabağın “müstəqilliyini” tanımağa çağıran “qətnamə” layihəsini müzakirəyə çıxaracaq:

“Qətnamə layihəsinin müəlliflərindən biri Senatda respublikaçılar fraksiyasının nümayəndəsi Bruno Retayo deyib ki, tanınma Türk-İslamçı ekspansionizmi qarşısında Dağlıq Qarabağdakı ermənilərin hüquq və azadlıqlarına etibarlı zəmanət verə bilər.

“Qətnamənin” müəllifi daha sonra müsahibə verərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında təhqiramiz fikirlər söyləyib. Deməli, bunlara elə gəlir ki, Azərbaycan ordusundan başqa müharibədə Fransanın bütün rəbiqləri iştirak edib. Belə bir ölkə hələ həmsədrliyi davam etdirməkdə iddialıdır. Parisin meri Ann İdalqo da “qətnamə” müəllifləri ilə həmfikirdir”.

Elxan Şahinoğlu qeyd edib ki, Senatın “qətnaməsi” məsləhət xarakteri daşıyır:

“Fransa prezidenti Emmanuel Makron nə qədər ermənipərəst və anti-türk olsa da, həmin qətnaməni dəstəkləməyin ölkəsinə hansı problemlər yaradacağının fərqində olmalıdır. Buna baxmayaraq, biz müşahidəçi qalmamalıyıq, Fransaya və bu ölkənin təxribatçı siyasətini davam etdirmək istəyən ölkə və siyasi mərkəzlərə bu mesajı ünvanlamalıyıq: “Sizin “qətnamələr” bölgədə kövrək sülhə zərbə vuracaq və yenidən müharibə riskini artıracaq”. Yəni onları başa salmalıyıq ki, “qətnamələriniz” erməniləri qorumaq əvəzinə onların problemlərini artıracaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər