Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, telefon danışığı zamanı nazirlər bölgədəki son vəziyyət barədə fikir mübadiləsi aparıblar.
XİN rəhbəri C.Bayramov sosial şəbəkə hesabında telefon danışığı barədə aşağıdakıları qeyd edib.
"Qardaşım Mevlüt Çavuşoğlu telefon danışığı zamanı Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın rayonlarının azad olunması münasibətilə təbriklərini çatdırdı. 10 noyabr tarixli birgə bəyanatın icrasının vacibliyi qeyd olundu. İkitərəfli əməkdaşlığımıza dair fikir mübadiləsi apardıq".