8 Yanvar 2021 20:55
1 585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hər an ermənilərin təxribatlarına hazır olmalıdır, çünki öz qondarma iddialarından əl çəkməyiblər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.

Onun sözlərinə görə, ermənilərin Azərbaycana qarşı qondarma iddialardan, qəsbkarlıq planlarından əl çəkdiyini düşünmək sadəlöhvlük olardı:

“Biz hər an hazır olmalıyıq ki, onlar müəyyən hazırlıq gördükdən sonra bir daha təxribat, hücum edə bilərlər. Onlara üçüncü qüvvələr, yaxud rus sülhməramlıları da yardım edə bilər. Bütün bunlar gözləniləndir. Şübhəsiz ki, adekvat tədbilər görülür və görüləcək. İlk növbədə, starteji üstünlüyü hər zaman əldə saxlamaq lazımdır. Məsələn, Britaniya Birinci Dünya Müharibəsindən əvvəl çalışırdı ki, Fransa və Almaniyanın - ikisinin birgə donanmasından güclü donanmaya malik olsun. Yaxud “soyuq müharibə” illərində ABŞ və SSRİ çalışırdı ki, bir neçə dəqiqə ərzində qarşısıalınmaz nüvə zərbələri endirmək imkanına malik olsunlar. Bu, strateji çəkindirmə adlandırıldı. Yəni tərəflərdən biri başa düşürdü ki, hücum etsə, qarşı tərəf onun özünü də məhv etmək imkanlarına malikdir.
Düşünürəm ki, Azərbaycan belə bir starteji üstünlüyünü saxlayacaq, yaxud saxlamaq üçün əlindən gələni etməlidir. Digər çəkindirici amil Türkiyə ilə hərbi ittifaqın inkişaf etməsi və bu əməkdaşlığın hüquqi əsaslarının möhkəmləndirilməsi olacaq. Həmçinin beynəlxalq müstəvidə mövqelərimizi möhkəmləndirməliyik. Ən başlıcası isə xalqımız ayıq-sayıq olmalı, hər zaman müharibəyə hazır olmalıdır. Müharibəyə hazırlıq hər birimizin artıq həyat tərzimizə çevrilməlidir. Bütün bu sadaladıqlarım da erməniləri qəsbkarlıqdan çəkindirməyə yetməyə bilər. Onda müharibəyə daim hazırlıq, fədakarlıq əsas milli ideyamız olmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər