11 Yanvar 2021 19:26
2 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın əsas istəyi sülhməramlıların statusu ilə bağlı Azərbaycan tərəfi ilə hüquqi sənədin imzalanmasıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında keçirilən görüşə münasibət bildirib:

“Bakının sülhməramlıların statusunu hüquqi cəhətdən möhkəmləndirməməsi Moskvanı narahat edir. Rusiyanın əsas istəyi sülhməramlıların statusu ilə bağlı Azərbaycan tərəfi ilə hüquqi sənədin imzalanmasıdır. Bu vaxta qədər rəsmi Bakı rus sülhməramlılarının Azərbaycan torpaqlarındakı missiyası ilə bağlı hüquqi sənədlərdən kənar dayanaraq, şərtlərinə əməl olunmasını gözləyib.

Sülhməramlılar bizim ərazimizdə olduğundan hüquqi sənədin Ermənistana aidiyyatı yoxdur”.

Zaur Məmmədov liderlər arasında baş tutan görüşdə Prezident Putinin Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının statusu məsələsinə diqqət çəkdiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər