14 Yanvar 2021 11:57
3 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

10:54

“Qarabağ müharibəsi haqqında danışarkən bəzən bilərəkdən və bilməyərəkdən fantastik şərhlər verilir. Moskva görüşündən əvvəl və sonra sosial şəbəkələrdə bir qrup şəxsin siyasi proseslərdən uzaq olan vətəndaşları reallıqdan uzaq məlumatlarla çaşdırması, təəssüf doğurur”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, müasir dünyada “müharibə etmək hüququ” yalnız qlobal güclərə məxsusdur:

“İkinci Dünya Müharibəsindən sonra hansı coğrafi cəhətdən kiçik dövlət müharibə etdi və hərbi əməliyyatlarla məqsədinə çatdı? Yalnız Azərbaycan və İsrail. Qlobal gücə malik olan yəhudi ailələri, ümumilikdə yəhudilərin hansı gücə malik olduğunu nəzərə alsaq, təkcə Azərbaycanın adını qeyd edə bilərik. O ki, qaldı təxribatlara uyanlara, reallıqla öz istəklərimizi qarışdırmamalıyıq. İstək və ambisiyanı düzgün ölçməmək dəhşətli nəticələrə gətirib çıxara bilər. Uzağa getməyə ehtiyac yoxdur. Qonşu Gürcüstanın “ayağını yorğanına görə uzada bilməməsi”nin nəticəsi bu ölkənin torpaqlarının işğalı ilə nəticələndi.

Türk- müsəlman dövləti olan və coğrafi cəhətdən kiçik Azərbaycan məhz soyuqqanlı, rasional siyasət nəticəsində dünənə qədər dünyada həll edilməsi ən çətin münaqişələrindən sayılan Qarabağ məsələsinin həllinə müvəffəq oldu, Dağlıq Qarabağın gələcəyinin sərhədlərimiz daxilində olacağını Rusiya kimi dövlətə qəbul etdirə bildi. Azərbaycan sentyabrın 27-də başlayan hərbi əməliyyatlar nəticəsində həm döyüşlərdə, həm də beynəlxalq arenada Ermənistan dövlətinə, ümumdünya erməni diasporuna və erməni kilsəsinə qalib gəldi. Azərbaycan həm də ermənilərin dünyadakı havadarlarını fakt qarşısında qoydu. I Pyotrdan başlayaraq Rusiya, ABŞ, Fransa, Britaniya və digər xristian dövlətləri uzun onilliklər bölgədə haylar vasitəsilə öz maraqlarını həyata keçirməklə məşğul idilər”.

Ekspert qeyd edib ki, Vətən müharibəsindəki qalibiyyət Cənubi Qafqazda yeni geosiyasi və geoiqtisadi konfiqurasiyanın əsasını qoyub: İran və Rusiya kimi qonşularımızın qəbul etməli olduğu konfiqurasiyanın. Rahatlaşmaq olmaz, qarşıda görüləsi işlər çoxdur. Növbədə Xankəndində bayrağımızın ucaldılması, sonra sülhməramlılarla vidalaşmaq və s. kimi həll edilməsi vacib məsələlər var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər