5 Mart 2021 13:58
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının VII qurultayında nizamnamə dəyişikliyi oldu. Bundan savayı əsas dəyişiklik İdarə Heyəti ilə bağlı oldu. Siyasi Şura ümumiyyətlə ləğv olundu. İdarə Heyətində 40 nəfər təmsil olunacaq. Bundan əlavə Təftiş Komissiyası formalaşdırıldı. Bu komissiya 13 nəfərdən ibarət olacaq. Mən özüm Təftiş Komissiyasının üzvü seçildim. İlk dəfə Yeni Azərbaycan Partiyasında Veteranlar Şurası da yaradıldı.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun sözlərinə görə, partiyada fəaliyyəti yüksək səviyyədə olmuş, partiyaya xidmət etmiş, cəmiyyətdə nüfuzu olan partiyanın veteranları həmin şurada təmsil olunacaqlar:

"Veteranlar Şurasının üzvlərinin kim olması hələ dəqiqləşməyib. Bu məsələ açıq qalıb. Veteranlar Şurasının 35 nəfər üzvü olacaq".

Yeni Azərbaycan Partiyası sədrinin müavinlərinin kimlərdən ibarət olacağına dair sualı cavablandıran Elman Nəsirov bu məsələyə də baxılmadığını vurğulayıb:

"Yəqin ki, bu məsələyə də əlavə olaraq baxılacaq".

Elman Nəsirov Yeni Azərbaycan Partiyasının rəhbərliyinə xeyli yeni insanların gəldiyini vurğulayıb:

"Adlarını çəkmək istəmirəm, bu adlar rəsmi şəkildə elan olunacaq. Siz də bunu özünüz görəcəksiniz. Amma xeyli dəyişikliklərin şahidi olacaqsınız”.


Müəllif: Səxavət Həmid, Yeganə Oqtayqızı

Oxşar xəbərlər