Azərbaycan İslam Əməkdaşlıq təşkilatı çərçivəsində çox effektiv fəaliyyət göstərir. Ümumiyyətlə təşkilata Azərbaycanın çox böyük töhvəsi olub. Təsadüfi deyil ki, Azərbaycanın bu gün İƏT çərçivəsində çox böyük nüfuzu mövcuddur. İƏT-in beynəlxalq pozitiv imicinin artmasında, beynəlxalq müstəvidə rolunun və yerinin güclənməsində Azərbaycanın çox böyük rolu olub. Ölkəmiz İslam dünyası ilə Xristian dünyası arasında İƏT çərçivəsi üzərindən təmasların inkişaf etdirilməsində əlahiddə rol oynayıb.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, İƏT toplantısına ilk dəfə Azərbaycanın təşəbbüsü ilə ATƏT-ə üzv olan ölkələrin xarici işlər nazirləri dəvət alıb:
”Eyni zamanda İƏT-ə üzv olan ölkələrin xarici işlər nazirləri ATƏT-in toplantısına dəvət alıb. Bütün bunlar Azərbaycanın təşəbbüsü ilə baş tutub. Belə olan halda İƏT-ə üzv olan dövlətlərin Azərbaycana çox böyük hörməti və ehtiramı formalaşıb. İƏT ilk dəfə Ermənistanı təcüvüzkar, işğalçı dövlət kimi tanıyıb. Təbii ki, təşkilata üzv olan bir sıra ölkələrin Ermənistanla təmaslarının olması tarixə qovuşan Ermənistan-Azərbaycan münaqişəsi zamanı onların bir çox hallarda obyektiv mövqe nümayiş etdirməməsi təəssüf doğurub. Amma buna baxmayaraq, bütövlükdə İƏT-lə Azərbaycan arasında hər zaman konstruktiv münasibətlər mövcud olub. Azərbaycan bütövlükdə təşkilatın keyfiyyətli funksionallığına çox böyük töhvə verib. Bu da üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir”.
Eldaş Mirbəşiroğlu bildirib ki, İƏT-in münaqişə vəziyyəti haqqında təsəvvürləri hər zaman geniş olub:
“Bu da bütövlükdə təşkilatın mövqe sərgiləməsinə imkan yaradıb. İşğaldan azad olmuş ərazilərə İƏT-in Təmas Qrupunun nümayəndlərinin səfəri informasiya mübarizəsində Azərbaycanın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Cənab Prezident də vurğulayıb ki, işğaldan azad olunan əraziləri bərpa edəcəyik və inkişaf etdirəcəyik. Lakin ərazilərdə erməni vandalizminin izləri də saxlanılacaq ki, hər zaman dünya bunu da görmüş olsun. Bu baxımdan hazırda erməni vandalizminin işğalçılığının izləri azad olunmuş ərazilərin hər bir yerində qalmaqdadır. Ağdam və digər ərazilər bu gün Xrosimo ilə müqayisə olunur. Sanki ərazilərə atom bombası atılıb. Heç bir həyat əlaməti qalmayıb. Bu, erməni dövlətinin hansı əxlaqa malik olduğunu bir daha ortaya qoyur".
Millət vəkilinə qeyd edib ki, dünya Azərbaycan ərazilərinin Ermənistan tərəfindən uzun illər işğaldan saxladığını qəbul edir:
”İƏT nümayəndələrinin azad edilmiş ərazilərə səfərləri çox əhəmiyyətlidir. İnformasiya müharibəsində qələbə qazanan bütün müstəvilərdə qələbəsini təmin edə bilər. Əgər məlumatlısansa, silahlısan. İnformasiya mübarizəsində etibarlı olmaq əsas şərtdir”.