Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyev polis orqanlarının əməkdaşlarının maaşlarının qaldırılmasını təklif edib.
Teleqraf.com xəbər verir ki, deputat təklifini Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
Bu yaxınlarda prokurorluq orqanlarının əməkdaşlarının əməkhaqlarının artırılması üçün qanunvericiliyə dəyişiklik etdiklərini xatırladan Qüdrət Həsənquliyev polis orqanlarında çalışan əməkdaşların da maaşını artırmağı vacib sayıb:
“Ən azı iki dəfə artırılmasına ehtiyac var. Qarşıda büdcənin hazırlanması işləri gəlir. Aidiyyəti dövlət orqanları yəqin ki, bu məsələni nəzərə alar. Çünki polis orqanları ölkədə ən az maaş alan qurumlardan biridir. Xoşagəlməz halların da bir çoxu maaş azlığından yaranır”.