28 Aprel 2021 21:14
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Preziddent və birinci-vitse prezident Mehriban xanım Əliyeva, qızları Leyla xanım Əliyeva ilə Zəngilan və Cəbrayıl rayonlarına növbəti səfəri əlamətdar hadisələrlə yadda qaldı. Səfərlər zamanı cənab Prezident azad edilmiş rayonların bərpası ilə bağlı yeniliklərə imza atır. Bu və ya digər ciddi xarakter daşıyan layihənin təməli qoyulur. Bununla bağlı görüntülər də sözsüz ki, bütün dünyaya nümayiş edilir. Cənab Prezidentin azad olunmuş ərazilərə səfəri zamanı yüksək əhval-ruhiyyədə olması bütün məqamlarda özünü ifadə edir. Yüksək əhval-ruhiyyə, qətiyyət qarşıya qoyulan hədəflərə çatmaq üçün qarşısı alınmaz iradə cənab Prezidentin spesifik və xarakterik cəhətlərindəndir.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.

Onun fikrincə, cənab Prezident Zəngilan və Laçında beynəlxalq səviyyəli hava limanlarının açılması ilə bağlı fikirləri mühüm əhəmiyyət kəsb edir: “Bu eyni zamanda tək mülki baxımdan deyil, həmin hava limanları hərbi baxımdan da ciddi, strateji əhəmiyyətə malik olacaq”.

Deputat bildirib ki, artıq azad olunmuş torpaqlarda quruculuq işləri özünün yeni mərhələsinə qədəm qoyub: “Yolların sürətlə çəklişi, enerji təchizatı ilə bağlı məsələlərin həll edilməsi, digər zəruri infrastruktur layihələrinin icrası ardıcıl olaraq həyata keçirilir. Artıq Ağalı kəndlərini özündə birləşdirən ilk “ağıllı kənd” layihəsinin təməli qoyuldu. Bu təməlqoyma mərəsimində həmin kəndin sakinlərinin də iştirakı yüksək əhval-ruhiyyə yaratdı”.

Partiya sədrinə görə, Zəngilanda erməni vandalları tərəfindən dağıdılan məscidin əsasının qoyulması xüsusi önəmə malikdir: “Cənab Prezident bu mərasimlərdə bir daha vurğuladı ki, tezliklə dağıdılmış yaşayış məntəqələrinin böyük sürətlə bərpasına başlanılacaq. Həmçinin səfər zamanı cənab Prezident əhəmiyyətli məqamlara da toxundu. Beynəlxalq auditoriyaya, xüsusi olaraq erməni tərəfə ciddi mesajlar verildi. Heç bir halda revanşistlərin hər hansı bir cəhdinin cavabsız qalmayacağı vurğulandı. Bir neçə gün öncə Zəngilanla sərhəddə baş vermiş təxribat avanturasına dövlət baçşısı sərt cavab verdi. Belə hallar təkrarlanarsa, çox sərt addımların adılacağı bildirildi. Dünya ermənilərinin arxasında dayanan qüvvələrə də xəbədarlıq olundu”.

Fəzail Ağamalının fikrincə, bu səfərdə Azərbaycan dövlətinin, cənab Prezidentin qətiyyətinin ifadəsi hər birimizin diqqətini cəlb etdi: “Azərbaycanda COVİD-19-a qarşı ciddi mübarizə aparılır. Ölkənin bütün sahələrdə inkişafı təmin etmək, dinamik və davamlı inkişaf üçün ardıcıl addımlar atılır. Dost ölkələri təmsil edən şirkətlər azad edilmiş torpaqlarda fəaliyyətə başlayıb. İşğaldan azad olunmuş ərazilər artıq öz sahiblərini gözləyir. Azərbaycanın malik olduğu imkanlar onu deməyə əsas verir ki, tezliklə bu ərazilərdə yaşayış üçün bütün zəruri infrastruktur qurulacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər