9 İyun 2021 20:27
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya və ABŞ prezidentlərinin, eləcə də Türkiyə və ABŞ liderlərinin görüşü zamanı bir sıra qlobal problemlər müzakirə ediləcək. Burada maraqların toqquşması da ola, dünya güclərinin liderləri arasında hansısa razılaşmalar da meydana çıxa bilər. Ancaq mən şübhə etmirəm ki, Azərbaycan-Ermənistan münasibətləri də müzakirə predmeti ola bilər. Çünki o gücləri bu regionda təhlükəsizlik məsələləri maraqlandırır. Bu da təsadüfi deyil”.

Bu fikirləri Teleqraf.com-a politoloq Fikrət Sadıqov deyib.

O xatırladıb ki, son 30 ildə regionda əsas qlobal layihələrin təşəbbüskarı kimi Azərbaycan çıxış edib:

“Biz regionda bir sıra nəqliyyat, enerji, lojistika layihələrini həyata keçirmişik. Sözsüz ki, bütün bunlar diqqətdən yan keçə bilməz. Ancaq böyük güclərin bu məsələləri müzakirə etməsi o mənanı vermir ki, regionda yeni mənzərə açıla və ya nəsə dəyişə bilər. Nəzərə almaq vacibdir ki, hazırda biz post-konflikt dövrünü yaşayırıq. Bu mərhələdə onlar regional təhlükəsizlik naminə hansısa addım atmaq istəsələr, problem deyil. Biz buna etiraz etmərik. Mənim şəxsi qənaətim budur ki, hər bir aparcı güc bu görüşlərdə öz maraqları çərçivəsində çıxış edəcək”.

Politoloq deyir ki, ABŞ, Rusiya, Çin, Türkiyə və digər oyunçular əslində regionda təhlükəsizlik və sabitliyin olmasında maraqlıdır:

“Xüsusilə, söhbət enerji layihələrindən gedirsə, maraqlıdırlar. Burada əsas maraq odur ki, onlar regionda qalsınlar. Məsələn, Rusiya sülhməramlılar formatında burada var. ABŞ və Avropa ölkələri anlayırlar ki, bir az kənardadırlar. Onlar çalışacaqlar ki, burada hansısa formada iştirak etsinlər. Bu Minsk Qrupu çərçivəsində və ya müxtəlif layihələr formatında ola bilər. Ancaq hər halda bu regionun mühüm olmasğını onlar da anlayır”.


Müəllif: Nemət

Oxşar xəbərlər