11 İyun 2021 12:04
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi ailələrin övladları var ki, onlar təhsil haqqını ödəyə bilmədyinə görə imtahana buraxılmırlar. Təklif edirəm ki, bu tələbələrə ilin sonuna qədər möhlət verilsin”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat təklif edib ki, bu problemlə bağlı aiddiyyatı komitə Təhsil Nazirliyi ilə müzakirələr aparsın və həmin tələbələrə ilin sonunadək təhsil haqqını ödəməyə vaxt verilsin. Həmin tələbələr isə imtahana buraxılsınlar”.

Deputat həmçinin COVID-19-a qarşı vaksinasiya prosesinin getdiyini, müəyyən yumşalmalar olduğunu da xatırladıb. Bununla belə qeyd edib ki, bəzi insanlar xəstəliyi keçirsə də, bunu gizlədib. Onun sözlərinə, bu cür insanlarla bağlı da məsələ diqqətdə saxlanılmalıdır.


Müəllif: Nemət

Oxşar xəbərlər