4 İyul 2021 14:41
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın döyüş meydanında qazandığı qələbəsi davamlı xarakter alıb. Bu qələbəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında apardığımız beynəlxalq siyasətdə və diplomatiyada davam etməkdədir. Növbəti qələbəmizin göstəricisidir ki, 3 iyulda işğaldan azad olunmuş daha iki rayonun - ermənilərin uzun illər minaladığı Füzuli və Zəngilanın xəritələri verildi. Bu humanitar işin təşkilinə görə Rusiyaya təşəkkürümüzü bildiririk".

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputat qeyd edib ki, işğaldan azad edilmiş ərazilər basdırılmış minaların sayına görə bəlkə də dünyada birinci yerdədir: "Belə nəticəyə gəlmək olar ki, ermənilər bu 30 ilə yaxın dövürdə yemədən, içmədən bütün pullarını minalara veriblər və ərazilərimizə basdırıblar. İşğal dövründə ermənilər torpaqalrımıza 100 minlərələ, bəlkə də milyonlarla mina basdırdıqlarına görə özlərinə arxayın idilər. Ona görə də məğlubedilməz erməni ordusu mifini yaratmışdılar və yeni ərazilər uğrunda yeni müharibə, sərsəm bəyanatlar səsləndirirdilər. Paşinyan basdırdıqları minalara arxayın olduğuna görə, Cıdır düzündə çaça içib təlxək kimi rəqs edirdi. Onlar düşünürdülər ki, Azərbaycan ordusu minalanmış ərazilərdən irəliləyərək heç vaxt qalib gələ bilməz. Zaman onu göstərdi ki, Prezident İlham Əliyev nəyi, necə və nə vaxt etmək lazımdırsa, yaxşı bilir. Bizə heç də onların minaladıqları ərazilərdən irəliləmək lazım olmadı. XXI əsrin müharibəsinə hazır olmağımız, işğaldan azad etmə əməliyyatlarımızı düşmənin gözləmədiyi mövqelərdən başlamağımız və müasir silahlarla havadan və yerdən sürətlə hücuma keçməyimiz nəinki ermənilər, hətta onların havadarları üçün də gözlənilməz oldu. Artıq münaqişə termini gündəmdən çıxıb. Bu gün ermənilərin basdırdıqları minalar onların məqsədlərinə xidmət etmədi və öz əhəmiyyətini itirdi. Ermənilər minalanmış ərazilərin xəritələrini bizə verməklə regionda davamlı sülhün əldə olunmasını sürətləndirə bilər. İndiki halda regionda davamlı sülhün əldə olunması və əməkdaşlıq mühütünün yaranması Ermənistan üçün daha vacibdir. Düşünürəm ki, tezliklə minalanmış bütün ərazilərin xəritələri bizə veriləcək".

Azər Badamov deyir ki, işğaldan azad edilən ərazilərin sahəsi 10 min kvadrat kilometrdən çoxdur: "Bundan əvvəl 12 iyunda Ağdam rayonunda basdırılmış 97 min minanın xəritəsini, indi isə Zəngilan və Fzuli rayonlarında basdırılmış 92 min minanın xəritəsi bizə verildi. Bu, 10 minlərlə vətəndaşımızı minaya düşərək həlak olmasının qarşısının alınması deməkdir. Çalışacağıq ki, qarşı tərəf bütün minalanmış ərazilərin xəritələrini bizə versinlər. Xəritə əlmizdə olmadığı halda biz işğaldan azad olunmuş ərazilərin hər qarışını axtarmalıyıq və Qarabağda təhlükəsizlik təmin olunmalıdır. İşğaldan azad olunmuş ərazilər böyükdür və minalanmış ərazilərin xəritələri əlmizdə olmadığı üçün təmizlənmə əməliyyatların aparılmasına böyük vaxt itikisi və maliyyə tələb edir. Bu da məcburi köçkünlərin doğma yurdlarına qaytarılma prosesini gecikdirəcək. Minalanmış ərazilərin xəritələri əlimizdə olduğu halda dəqiq biləcəyik ki, hansı ərazilər minalardan təmizlənməlidir. Yəni bütün ərazilərdə mina axtarışının həyata keçirilməsinə ehtiyac qalmır. Minalanmış ərazilərin məlum olması həm də yenidənqurma və bərpa işlərimizin də sürətlənməsinə imkan yaradır. Sözügedən xəritələrin bizə verilməsi regionda davamlı sülhün əldə olunmasına da bir töhfədir".

Deputat Ermənistanın məğlub tərəf olduğunu vurğulayıb: "Ermənistandakı məlum səbəblərdən imzalanmış üçtərəfli bəyanatların icrası kecikir. Amma bunun alternativi yoxdur, 10 noyabrda və 11 yanvarda imzalnmış üçtərəfli bəyanatlar bütövlükdə icra olunmalı və gündəliyə yeni sənədlər daxil olmalıdır. Bu sənədlər dövlət sərhədlərinin demarkasiyası və delimitasiyası ilə ölkələrin bir-birinin ərazi bütövlüyünün tanınması və uzunmüddətli, dayanıqlı sülh müqaviləsinin bağlanması ilə bağlı olmalıdır.
Bəşər tarixində müharibələr və münaqişələr heç vaxt əbədi davam etməyib. Bir-birinə düşmən ölkələr arasında gec-tez masa arxasında məsələlər razılaşdırılır, sülh müqavilələri imzalanır və yenidən qonşuluq münasibətlərinə qayıdıblar. II Dünya müharibəsi də faşist Almaniyasını məğlub etməklə son məqamda masa araxsında imzalanmış sənədlə həll olunmuş hesab olundu.
Bu mənada Azərbaycan və Ermənistan arasındakı 30 ilə yaxın davam edən münaqişə də artıq masa üzərinə qayıdıb. Yerdə qalan məsələlər də masa üzərində yoluna qoyulmalıdır və bunun alternativi yoxdur. Bu məsələlərin sürətlənməsində Türkiyənin və Rusiyanın rolu xüsusilə dəyərləndirilməlidir. Zaman bizim xeyrimizə işləyib və bundan sonra da belə olacaq. Çünki biz qalib tərəfik və şərtləri də biz bəyan edirik".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər