Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Azərbaycan Respublikas Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair” Müqavilənin təsdiq edilməsi barədə sənəd müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, sənəddə tərəflər məxfi informasiyanın mühafizəsi üzrə öhdəliklər götürüblər.
Sənəddə məxfi informasiyanın istifadəsi və işlənilməsi şərtləri və s. məqamlar öz əksini tapıb. Sənəd ətrafında deputatlardan Siyavuş Novruzov, Fəzail Ağamalı, Zahid Oruc və digər şəxslər fikirlərini bildiriblər, müqavilənin təsdiq edilməsinin vacibliyinə diqqət çəkiblər.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq təsdiqlənib.