27 Avqust 2021 15:18
1 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda BMT-nin rezident əlaqələndiricisi kimi fəaliyyətə başlamaqdan böyük qürur hissi keçirirəm. Bu gözəl ölkədə vəzifəmin başlanğıcı ciddi sınaqların olduğu dövrə təsadüf edir - COVID-19 pandemiyası və münaqişədən sonrakı bərpa işləri”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Bakıda fəaliyyətə başlayan BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva Azərbaycan ictimaiyyətinə və tərəfdaşlara video müraciətində qeyd edib.

Xanım əlaqələndirici bildirib ki, BMT ailəsi hər iki sahədə Azərbaycanın səylərini dəstəkləyir: “Bu problemlərdən əziyyət çəkən əhalinin ehtiyaclarını qarşılamaq üçün hökumətlə sıx əməkdaşlıq edirik. Biz həmçinin, ölkənin Davamlı İnkişaf Məqsədlərinə doğru irəliləməsini sürətləndirmək üçün yeni və iddialı beşillik əməkdaşlıq çərçivəsinin icrasına başlamışıq. Gələn il, BMT-Azərbaycan tərəfdaşlığında mühüm bir mərhələni yaşayacağıq- Azərbaycanın BMT-yə üzv olmasının və ölkədə BMT Ofisinin yaradılmasının 30-cu ildönümü.

Bu, tərəfdaşlığımızın bir çox uğurları və gələcək əməkdaşlıq perspektivlərinə dairmüzakirələr aparmaq üçün əla fürsət olacaq.

BMT-nin Dayanıqlı İnkişafa dair Əməkdaşlıq Çərçivəsində müəyyən edilmiş prioritet sahələr üzrə irəliləyişi təmin etmək və Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasını dəstəkləmək üçün hərkəslə - hökumətdəki tərəfdaşlarımız, vətəndaş cəmiyyəti, özəl sektor, elmi dairələr və başqaları ilə birlikdə işləməyi səbirsizliklə gözləyirəm”.


Müəllif: Nemət

Oxşar xəbərlər