24 Sentyabr 2021 10:50
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz öz potensialımızı, nəyə qadir olduğumuzu bilirdik. Təbii ki, Ermənistan tərəfindən fərqli olaraq, düşmənin imkanlarını ayıq başla qiymətləndirir və işğal edilmiş əraziləri öz istəyi ilə tərk etməsi üçün Ermənistan tərəfinə təsir vasitələrindən istifadə etməyə çalışırdıq”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində bildirib.

“Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı beynəlxalq strukturlara bütün çağırışlarımın məqsədi də məhz bu idi. Əgər bu olsaydı, Ermənistan işğal edilmiş əraziləri tərk etməyə məcbur olardı və müharibə də baş verməzdi. Lakin təəssüf ki, bu baş vermədi”, - dövlət başçısı deyib və vurğulayıb ki, son dövrlərdə Ermənistan, ümumiyyətlə, açıq təxribatlara keçmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər