25 Noyabr 2021 17:47
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bundan əvvəl söhbət gedirdi ki, Prezident İlham Əliyev və Nikol Paşinyan dekabrın 15-də Brüsseldə görüşə bilər. Avropa İttifaqının rəhbərliyi bununla bağlı təşəbbüs göstərmişdi. Rusiya bunu həzm etmədi və dərhal Soçidə üçtərəfli görüş təşəbbüsü ilə çıxış etdi. Fikrimcə, digər qüvvələrin prosesə qatılması Rusiyanın maraqlarına uyğun olmadı. Bu səbəbdən də fəallıq nümayiş etdirdi. Zənnimcə, Moskva çalışır ki, başqa qüvvələr bu məsələyə müdaxilə etməsin.

Bu sözləri Teleqraf.com-a professor Əli Abbasov Soçi görüşü haqqında danışarkən deyib.

Onun ehtimalına görə, vəziyyətin gərgin olduğu ortadadır və bunu hər üç tərəf yaxşı anlayır:

“Bu səbəbdən də lazımdır ki, gərginlik aradan qaldırılsın. Soçidə nəsə edilməlidir ki, sonra bu formatın işlədiyini demək mümkün olsun. Həm də vəziyyətin gərgin olması tələb edir ki, nəyisə dəyişdirmək lazımdır, nəsə addım atmaqla gərginlik aradan qaldırılsın. İndi baxaq görək Soçidə müzakirələr hansı istiqamətdə gedəcək. İkincisi, işin vacib tərəfi odur ki, proses pis və yaxşı formada gedir. Bunun getməməsindənsə, getməsi yaxşıdır. Əslində belə bir görüşün keçirilməsi ideyası öncədən olub. Hətta deyilirdi ki, noyabrın 9-da keçirilə bilər. İndiyə qədər belə bir görüş keçirilib. Danışıqlar oldu, kommunikasiya məsələləri ortaya çıxdı. Mən hesab edirəm ki, görüşlərin olması, olmamasından daha yaxşıdır. Rusiya baş nazirinin müavini və üçtərəfli komissiyada Moskvanı təmsil edən Overçuk Bakı və İrəvanda danışıqlar aparıb. Ola bilsin ki, bu danışıqlar zamanı hansısa sənədlər müzakirə edilib”.


Müəllif: Nemət

Oxşar xəbərlər