2 Dekabr 2021 17:09
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənubi Qafqazda davamlı sülh üçün imkan pəncərəsi açılıb”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“1975-ci il Helsinki Yekun Aktından sonra qlobal təhlükəsizlik kəskin şəkildə dəyişib. Təhlükəsizlik sahəsində yaşanan qloballaşma ilə terrorizm, mütəşəkkil cinayətkarlıq, islamafobiya və qeyri-qanuni miqrasiya qloballaşaraq hər yerdə artır. Bununla belə, ATƏT 1975-ci ildəki əməkdaşlıq tempindən çox uzaqdır.

Aramızda etimadsızlığı aradan qaldıraraq bu əməkdaşlıq sürətini canlandırmalıyıq. Bunun üçün biz ATƏT coğrafiyasında təhlükəsizlik məsələlərini səmərəli şəkildə həll etməliyik. Cənubi Qafqazda davamlı sülh üçün imkan pəncərəsi açılıb. Minsk qrupunun həmsədrləri də qrupun daimi üzvləri ilə birlikdə yeni faktlara əsaslanan töhfələr verə bilərlər. Ukraynadakı böhranlar diplomatiya yolu ilə həll edilməlidir. Minsk razılaşması və beynəlxalq hüquqa uyğunluq vacibdir”, - Çavuşoğlu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər